Dünya
Çikaqoda növbəti qətliamın qurbanı uşaqlar oldu
ABŞ-nin Çikaqo şəhərində (İllionis ştatı) naməlum şəxs yoldan keçənlərə odlu silahdan atəş açmağa başlayıb. Nəticədə 12 yaşlı oğlan uşağı həyatını itirib, 5 nəfər isə yaralanıb. Çox güman ki, yaralılar arasında da uşaq var. ABŞ KİV-nin iddiasına görə atəşlər sonradan uzaqlaşan maşından açılıb.
Yaralananlardan 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan
ikisinin vəziyyəti həkimlər tərəfindən kritik, digər ikisinin isə
ağır qiymətləndirilir. İnsidentin araşdırılmasına başlanıb.
Qeyd edək ki, bu tip qətliamlar ABŞ-də nadir hadisə kimi tanınmır.
Təkcə 2 gün əvvəl xəstəxanada olan pasient hamıya güllə açmağa
başlayıb. Nəticədə xəstəxananın bir əməkdaşı həyatını itirmiş, bir
həkim isə yaralanmışdı.
13 iyulda isə naməlum kişi Kaliforniyanın Pasadina şəhərində odlu
silahla əsl qətliam törədib. Qətliam nəticəsində 3 nəfər həyatını
itirib, iki nəfər isə yaralanıb.
9 iyulda Las-Veqasda atışma zamanı 2 polis və bir yoldan keçən
həyatını itirib.
8 iyulda Vaşinqtonda bir nəfər xəstəxana əməkdaşını güllələdikdən
sonra, həyatına son qoyub.
Bunlar hələ təkcə iyul ayına olan bu tip
hadisələrdəndir.(anspress).
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı