İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
Bizi izləyin

Dünya

İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən cəmi bir həftə sonra Çinə səfər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Putinin Çinə səfəri iki ölkə arasında əlaqələrin artan əhəmiyyətini vurğulayır.

“Kremlin planları ilə tanış olan mənbə bildirib ki, səfər mayın 15-16-na planlaşdırılıb. Tarix bir qədər dəyişə bilər. Hər halda, Putinin Çin lideri Si Cinpinlə danışıqlara getməsi onun mayın 7-də Kremldə andiçmə mərasimindən sonra ilk xaricə səfəri olacaq”, - mənbə bildirib.

Putin, digər məsələlərlə yanaşı, Rusiya ilə Çin arasında ticarət həcminin artırılması imkanlarını müzakirə edəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm