Dünya
Türkiyədə CHP-nin binasına hücum
Ötən gecə Türkiyənin aparıcı müxalifət partiyalarından
olan CHP-nin binasına hücum olub.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə,
gecə saatlarında Türkiyənin müxalif partiyalarından olan
Cümhuriyyət Xalq Partiyasının (CHP) Çanaqqalanın Gelibolu rayonuna
bağlı Evreşə bölgəsindəki binasına silahlı hücum təşkil edilib.
Şəxsiyyəti naməlum şəxslər binanın qaşısında havaya bir neçə dəfə
atəş açdıqdan sonra gəldikləri “Jeep” markalı avtomobillə ərazidən
uzaqlaşıblar.
Atəş səslərindən qısa müddət sonra hadisə yerinə polis qrupları
göndərilib, araşdırma aparılır.
Qeyd edək ki, CHP-nin Evreşə bölgə sədri İbrahim Türe silahlı
hücumun AKP tərəfindən ediləcəyini iddia edir. O, bunu gündüz
keçirilən məclis toplantısı zamanı tərəflər arasında yaşanan
mübahisə ilə əsaslandırır.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO