Sadəcə 9 ilimiz qalıb - 17 ölkəyə XƏBƏRDARLIQ EDİLDİ
Bizi izləyin

Dünya

Sadəcə 9 ilimiz qalıb - 17 ölkəyə XƏBƏRDARLIQ EDİLDİ

İqlim dəyişikliyinin ən pis nəticələrindən qaçmaq üçün 9 ilimiz qalıb.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın İqlim üzrə xüsusi nümayəndəsi Con Kerri Münhen Təhlükəsizlik Konfransında deyib.

ABD İklim Özel Temsilcisi John Kerry: İklim değişikliğinin en kötü sonuçlarından kaçınmak için 9 yılımız var

“Elm adamları bizə 3 il əvvəl iqlim böhranının ən pis nəticələrindən qaçmaq üçün 12 ilimiz qaldığını demişdi. 3 il keçib, indi sadəcə 9 ilimiz qalıb. İqlim böhranı ilə mübarizə üçün aqressiv tədbirlər görmək lazımdır”, - Kerri bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerjiyə keçid 6 dəfə sürətləndirilməlidir. Yaşıllaşdırılma 5, elektrik mühərrikli avtomobillərə keçid isə 22 dəfə tezləşdirilməlidir.

O, Çin, Rusiya, Hindistan və Yaponiya daxil, dünyanı ən çox çirkləndirən 17 ölkəyə karbon qazının havaya buraxılmasını azaltmağı sürətləndirmək çağırışı edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm