Dünya
Cəbhə xəbərlərimiz Tacikstanda müzakirə olundu
Azərbaycanın Tacikistan Respublikasındakı səfiri
Abbasəli Həsənov Tacikistan Respublikasının daxili işlər naziri
Ramazon Rahimzoda ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə ölkə başçılarının səmimi
münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafında oynadığı rol
xüsusi vurğulanıb.
Həmçinin hər iki ölkənin daxili işlər nazirləri arasında da
mütəmadi görüşlərin keçirilməsinin, müvafiq qurumlar arasında
informasiya və təcrübə mübadiləsinin, narkotiklərin qanunsuz
dövriyyəsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin
vacibliyi qeyd edilib.
Görüşdə bildirilib ki, Azərbaycan və Tacikistan MDB, İƏT, İKT,
Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirici Mərkəzi (MARİƏM)
və s. qurumlar çərçivəsində səmərəli əməkdaşlıq edir.
Nazir R.Rahimzoda Tacikistan Respublikasının Daxili İşlər
Nazirliyinin fəaliyyəti barədə danışıb, terrorizm, dini ekstemizm,
narkotiklərin və silahların qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya
kimi problemlərlə mübarizə aparıldığını deyib. O, xüsusilə
Əfqanıstanla sərhəddə problemlərin çox olduğunu vurğulayıb.
Səfir cari ildə Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının
iştirakı ilə Biznes Forumun, Azərbaycan sənaye məhsullarının
sərgisinin və İqtisadi-Ticari, Mədəni Əməkdaşlıq Məsələləri üzrə
Hökumətlərarası Birgə Komissiyanın III iclasının keçirilməsinin
planlaşdırıldığını qeyd edib.
A.Həsənov 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə sabitliyin təmin olunduğunu, Azərbaycanın
uğurlu daxili-xarici siyasəti nəticəsində sürətli inkişaf yoluna
qədəm qoyduğunu bildirib. O, hazırda Prezident İlham Əliyev
tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə
çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat
verən səfir münaqişənin nəinki Azərbaycanın, bütün regionun
inkişafına mənfi təsir etdiyini deyib. Diplomat Erməni silahlı
qüvvələrinin son günlər yenidən atəşkəs rejimini pozaraq
Azərbaycanın mövqelərini müxtəlif silahlardan atəşə tutduğunu,
nəticədə hər iki tərəfdən ölən və yaralananların olduğunu qeyd
edib. O məlumat verib ki, 1994-cü ildən bəri 4 mindən çox
Azərbaycan əsgəri Ermənistanın atəşkəs rejimini pozması nəticəsində
həyatlarını itirib.
Sonda A.Həsənov R.Rahimzodaya səfirliyin dəstəyi ilə tacik dilinə
tərcümə etdirilmiş yazıçı-publisist E.Axundovanın ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən 7 cildlik “Heydər
Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri”
kitablarını təqdim edib.
AzərTAc
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”