İŞİD-in 10%-ni azərbaycanlılar təşkil edir – Şok iddia
Bizi izləyin

Dünya

İŞİD-in 10%-ni azərbaycanlılar təşkil edir – Şok iddia

İŞİD-in tərkibində ən böyük qruplardan birini azərbaycanlılar təşkil edir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyədə yaşayan milliyətcə azərbaycanlı olan politoloq Orxan Qafarlı öz feysbuk səhifəsində çıxış edib. O, İŞİD-in tərkibində savaşanların əksəriyyətinin keçmiş Sovet dövlətlərindən gəldiyini bildirib:

“İŞİD-də savaşanların 35%-ni keçmiş sovet ölkələrindən gələnlər təşkil edir. Bu 35%-lik qrupun içərisində ən təsirli və ən böyük hissəni təşkil edən azərbaycanlılardır. Onlar ümumi qrupun 10%-ni təşkil edirlər. Əgər bu şəkildə davam etsə və Azərbaycandan olan üzvlüklərin sayı davam etsə, böyük ehtimalla ayrıca bir komandanlıq yaradacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm