Dünya
Pandemiya 1200-dən çox jurnalistin həyatına SON QOYUB
2020-ci ildə COVID-19 pandemiyası dünyada 1227 jurnalistin həyatına son qoyub.
Publika.az xəbər verir ki, “Press Emblem Campaign” (PEC) təşkilatı bunu Ümumdünya Mətbuat Azadlığı Günündə bildirib.
Peşə fəaliyyəti zamanı jurnalistlərin həlak olmasını hər il izləyən qeyri-hökumət təşkilatı, COVID-19-dan dünyasını dəyişən mütəxəssislərin yarısından çoxunun Latın Amerikasından (668 nəfər) olduğunu açıqlayıb. Asiyada 281, Avropada 175, Afrikada 56, Şimali Amerikada isə 47 jurnalist həlak olub.
Təşkilatın baş katibi Blez Lempenin sözlərinə görə, bu misilsiz faciə və peşə üçün böyük bir itkidir.
Ölkələrə gəldikdə, COVID-19 səbəbi ilə jurnalistlərin ölüm hallarının əksəriyyəti Braziliyada (187) qeydə alınıb, ondan sonra Peru (140), Hindistan (130) və Meksika (109) yer alıblar.
PEC yeni yoluxma hallarının güclü dalğasını yaşayan və yalnız son iki həftə ərzində COVID-19 səbəbi ilə ən azı 50 jurnalistin ölümü barədə məlumat verilən Hindistana da diqqət yetirib.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı