Dünya
Qəzzada qətlə yetirilənlər ...
İyulun əvvəllərində İsrailin "Qoruyucu Cinah" əməliyyatı
(Operation Protective Edge) başlanandan bəri əksəriyyəti mülkilər
olan azı 1900 fələstinli həlak olub.
Həlak olan 66 israillidən 64-ü əsgərdir və onlar islamçı Həmas
qrupu silahlılarının raketlərini və tunellərini məhv etmək üçün
keçirilən əməliyyatda öldürülüblər.
BMT-nin Humanitar İşlərin Koordinasiyası (Coordination of
Humanitarian Affairs) ofisindən alınan məlumata görə, bu münaqişədə
avqustun 6-dək olan müddətdə 1890 fələstinli həyatını itirib.
Həlak olmuş kişilər, qadınlar və uşaqlar
Ölənlərin arasında 414 uşaq və yaşı 60-dan yuxarı 87 kişi və qadın
var. Ən kiçik qurban 10 günlük çağa, ən ahıl qurban isə 100 yaşında
olub.
BMT həlak olan silahlıların sayını 200-dən az göstərsə də, İsrail
iddia edir ki, 900 Fələstin silahlısı döyüş zamanı öldürülüb.
Fələstinlilər uzunluğu 40, eni 10 kilometr olan Qəzza zolağı
boyunca həlak olublar. Ən böyük itkilər Qəzzanın cənubundakı Xan
Yunisdə və şimaldakı Qəzza şəhərində qeydə alınıb.
Çoxsayda insan, məktəblər də daxl olmaqla BMT-nin sığınacaqlarına
pənah gətirib. Lakin Şimali Qəzzanın Cəbaliyyə və Rəfah
məntəqələrindəkilər də daxil olmaqla bu BMT məktəbləri də atəşə
tutulub.
Bu arada Hayfada və Şimali Qəzzaya keçid məntəqəsi olan Erezdə iki
israilli ölüb. Əslən taylandlı olan bir ferma işçisi Aşkelonda
həlak olub.
Adamlar harada öldürülüblər
BBC
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi