Dünya
Günlük yoluxma sayı 438 mini ötdü - ÜST
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 438 mindən çox artıb.
Publika.az TASS-a istonadla xəbər verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 438 704 nəfər yeni koronavirusa yoluxub, 9 322 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 167 011 807, ölənlərin isə 3 472 068 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 797 873 nəfər. Siyahıda daha sonra Hindistan (26 948 874), Braziliya (16 083 258), Fransa (5 507 810), Rusiya (5 017 795), Böyük Britaniya (4 464 904), İtaliya (4 194 672), Almaniya (3 653 551), İspaniya (3 647 520) və Argentina (3 539 484) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı