Dünya
Səfirlikdən bəyanat
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi
“Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı
bəyanat yayıb.
Publika.az-ın məlumatına görə, cari ilin 1 avqust tarixindən
etibarən Almaniya mətbuatında Ermənistan-Azərbaycan cəbhəsində
atəşkəsin intensiv pozulması ilə əlaqədar Dağlıq Qarabağ
münaqişəsinə dair gündəlik məlumatlar dərc olunur. Mətbuatın
diqqətini nəzərə alaraq Azərbaycanın Almaniyadakı səfirliyi
“Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı
bəyanat yayıb. Bəyanatda cəbhə bölgəsində baş verən hadisələrə dair
XİN-in Mətbuat Xidmətinin yaydığı məlumata istinad edilib və XİN-in
internet səhifəsindən həmin məlumatın linki verilib.
Bəyanatın sonunda Dağlıq Qarabağ bölgəsi və münaqişəsi haqqında
qısa arayış verilir.
Qeyd edək ki, son günlər Leyla Yunusova və Arif Yunusovun həbsinə
Almaniya mətbuatı xüsusi diqqət yetirilir, bununla bağlı Almaniya
hökumətinin insan hüquqları və humanitar yardım üzrə xüsusi
nümayəndəsi Kristof Ştresser bəyanat da yayıb.
Bu ölkənin mətbuatında gedən əksər məlumatların birtərəfli və
qeyri-obyektiv olduğunu nəzərə alaraq, Azərbaycanın Almaniyadakı
səfirliyi avqustun 12-də bəyanat yayıb. Bəyanat rəsmi məlumatlar
əsasında hazırlanıb.
Bəyanatda Leyla Yunusova və Arif Yunusovun təqsirləndirilən şəxs
qismində istintaqa cəlb olunmasının hüquqi əsaslandırılması yer
alıb. Səfirlik hər iki şəxsin özlərini qanunvericilikdən yuxarı
hesab edərək, onlara qarşı qüvvədə olan qanunvericilikdə nəzərdə
tutulduğundan fərqli yanaşma tələb etmələri və hüquqi prosesə
siyasi bəyanatlarla təsir etməyə çalışdıqları vurğulanıb.
Bəyanatda, həmçinin ibtidai istintaq prosesinin Azərbaycan
qanunvericiliyinə tam uyğun şəkildə getdiyi diqqətə çatdırılıb.
Yayılmış sənəddə istintaq prosesini siyasiləşdirmək cəhdlərinin
hüquqi məsuliyyətə cəlb edilmənin qarşısını ala bilməyəcəyi də
bildirilib.
AzərTAc
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı