Dünya
Ukraynada hakimiyyət "təmizlənəcək"
Ukrayna Ali Radası, Krımın Rusiyaya birləşməsini
dəstəkləyən şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqini
nəzərdə tutan qanun layihəsi qəbul edib.
Publika.az-ın UNİAN saytına istinadən məlumatına görə, şirkətlərin
və fiziki şəxslərin çoxu Rusiya vətəndaşıdır.
Səsvermədən keçən sanksiyalar haqqında qanun prezident Petro
Poroşenko tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Ali Radanın iclasında eyni zamanda “Lüstrasiya – hakimiyyətin
təmizlənməsi” haqqında qanun layihəsi 252 lehinə səslə ilkin
oxunuşdan qəbul olunub. Ciddi islahatları nəzərdə tutan qanunun
əsas məqsədi hakimiyyətin xalq qarşısında əvvəlki etimadını
qaytarmaq, Avropa standarlarına uyğun olan yeni hakimiyyət
strukturu və orqanları təşkil etməkdir.
Bu arada Rusiyanın yolladığı uzun humanitar yardım karvanı şərqi
Ukrayna istiqamətində hərəkət etməyə davam edir, Yük maşınları
hərəkət etdiyi yol separatçıların əlində olan Luqansk vilayətinə
aparır. 200-dən çox yük maşını çərşənbə axşamından bəri Rusiyanın
Voronej şəhərindəki hərbi bazasına yerləşdirilmişdi. Belə ki, rəsmi
Moskva Ukrayna höküməti ilə hələ ki yardımın, necə və harada təhvil
verilməsi ilə bağlı ortaq məxrəcə gələ bilməyib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey
Lisenko humanitar yüklərə görə Rusiyanın cavabdeh olduğunu
bildirib.
Moskva humanitar yardımın körpə qidasından tutmuş
konservləşdirilmiş ət, generator, səhra yataq torbası və s.
malların daşınmasının Beynəlxalq Qırmızı Xaç komitəsi ilə
uzlaşdırıldığını əmin edir.
Rəsmi Kiyev humanitar karvanın baxışdan keçirilməyəcəyi təqdirdə,
ölkə ərazisinə buraxmayacağını xəbərdar edib.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ