Dünya
Həmyerlimizə Ukrayna Nazirlər Kabinetində vəzifə verildi
Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə Şura yaradılıb və yeni qurumda azərbaycanlılarda təmsil olunur.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, Şurada BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də təmsil olunur.
Ukrayna Nazirlər Kabinetində bu gün baş nazir Arsen Yaçenyuk təşəbbüsü və hökumət üzvlərinin iştirakı ilə Şuranın ilk iclası keçirilib.
İclasda Şuranın tərkibi də təsdiqlənib. Şuranın tərkibinə Ukraynada bir sıra milli azlıqları təmsil edən təşkilatların rəhbərləri, mədəniyyət, təhsil və daxili işlər nazirlərinin müavinləri, Nazirlər Kabinetinin etnomilli siyasət işləri üzrə müvəkkili Genadiy Druzenko, etnosiyasət üzrə ekspertlər, alimlər və mütəxəssislər daxil olublar. Bunlar arasında BUAK sədri Rövşən Tağıyev də var.
R.Tağıyev çıxışı zamanı Nazirlər Kabineti yanında Milli razılıq şurasının yaradılmasını dəstəkləyərək, onun (şuranın) işinin effektivliyi üçün bir sıra təkliflər də irəli sürüb. Yaxın zamanlarda Şura yanında qanunvericilik təşəbbüsləri, milli azlıqlar və başqa sahələrdə fəaliyyət üzrə işçi komissiyalar yaradılacaq.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA