Dünya
Rusiya Ukraynaya qoşun yeritdi
Rusiyanın Rostov ərazisinin sərhəd rayonlarında 2 min
Rusiya könüllüsü cəmləşib. Həmçinin Rusiyanın 20 ağır hərbi
texnikası Ukraynanın Severnıy qəsəbəsi istiqamətindən Luqansk
vilayətinə daxil olub.
ANS PRESS-in məlumatına görə, bu haqda "Vətəndaş təşəbbüsü" İctimai
Birliyinin rəhbəri Dmitri Sneqiryov bildirib. Onun sözlərinə görə,
bu informasiyanı ona hadisənin şahidi olmuş yerli sakinlər və
ictimai təşkilatın üzvləri veriblər.
“İndi Rusiya Federasiyasının 20 ədəd ağır hərbi texnikası Rusiya
sərhədində yerləşən Severnıy qəsəbəsi istiqamətindən Luqansk
vilayətinə daxil olub. Karvanın əksəriyyəti “Qrad” reaktiv yaylım
atəş sistemi olan 20-dək ağır texnikadan ibarətdir və Suxodolskdan
Ukrayna ordusunun nəzarəti altında olan Novosvetlovka istiqamətində
hərəkət edir”, - deyə Snegiryov bildirib.
O həmçinin bildirib ki, sərhəd rayonlarında, Rusiyanın Rostov
ərazisində indi 2 min Rusiya könüllüsü cəmləşib, hansılar ki, bu
gecə sərhədi keçməyə hazırdır.
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO