Maraq dünyası
93 yaşlı media maqnatı Abramoviçin sabiq qayınanası ilə evləndi - FOTO
Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib.
Publika.az xəbər verir ki, bu barədə “Sun” nəşri yazıb. Qəzet yeni evlənənlərin toy fotosessiyasından fotoşəkilləri dərc edib: Jukova zərif ağ paltarda geyib və əlində kiçik bir buket olub.
Sevgilisi isə ağ köynək və sarı qalstuk ilə tünd kostyum geyib.
Qəzet yazır: “93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü, molekulyar bioloq Yelena Jukova ilə evləndi.
Qeyd edildiyi kimi, cütlük hadisəni Kaliforniyadakı Merdok üzüm bağında yaxınlarının iştirakı ilə qeyd ediblər.
2023-cü ilin mart ayının sonunda Merdokun kantri musiqiçisi Çester Smitin 66 yaşlı dul arvadı Ann-Lesli ilə nişanlandığı bildirildi. Cütlüyün toyu 2023-cü ilin yayın sonunda baş tutmalı idi, lakin nişan ləğv edildi.
Rupert Merdok 1979-cu ildə “Wall Street Journal”, “Times”, “Sun” və “New York Post” qəzetlərinin daxil olduğu “News Corporation” media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Fox News” kanalı və “20th Century Fox” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and News” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirib. Onun yerinə oğlu Laklan Merdok keçib.


Tural
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































