Dünya
Yeni versiya: “Boinq-777”ni Ukrayna hərbçiləri vurub
Ukrayna Təhlükəsizlik Xidməti ölkə səmasında vurulan “Boinq-777”
sərnişin təyyarəsi ilə bağlı yeni bir verisiya irəli sürüb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə,
Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun
Malayziyanın “Boinq-777" təyyarəsinin Rusiyaya tərəfinə keçmiş Krım
hərbçiləri tərəfindən vurula biləcəyini deyib.
“Ukrayna Təhlükəsizlik Xidməti yeni versiya hazırlayır. Bu
versiyaya görə, Malayziyanın sərnişin təyyarəsini Krım ərazisində
qalan və sonradan Rusiya tərəfinə keçən Ukrayna hərbi qulluqçuları
vura bilər. Təhlükəsizlik Xidməti güman edir ki, keçmiş Ukrayna
hərbçiləri terrorçulara kömək edir”, - Viktor Yaqun deyib.
Onun sözlərinə görə, hansısa qısamüddətli təlimlərdə iştirak
etmiş şəxslər “BUK-M” zenit-raket kompleksi kimi mürəkkəb bir
silahı idarə edə bilməzlər: “Bu cür silahı idarə edənlər peşəkar
səviyyədə hazırlıq keçməlidir”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Malayziya Hava
Yollarına məxsus “Boinq-777" sərnişin təyyarəsinin Rusiyadan
Ukraynaya heyəti ilə birgə ötürülən ”BUK-M" zenit-raket kompleksi
ilə vurulduğunu təsdiqləyən təkzibolunmaz sübutların olduğunu iddia
edir.
Ömər Dağlı
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial7 May 19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU