Dünya
Sibir Rusiyadan ayrılır
Bu gün - avqustun 17-də Novosibirskdə “Sibirin
federallşaması naminə” marş keçirəcəklərini bəyan edənlərdən biri
Konstantin Yeremenko saxlanıb. Bu barədə “OVD-info”ya jurnalist
Maksim Sobieski məlumat verib.
Publika.az-ın məlumatına görə, avqustun 16-da “Milli bolşevik
platforması”nın qurultayında tutulan Aleksey Baranov və Aleksandr
Atabayevin də dindirlməsinə başlanılıb.
Novosibirsk fəalları ehtimal edirlər ki, K.Yeremenko istintaqa cəlb
olunacaq.
Bir gün əvvəl Rusiya kütləvi informasiya vasitələri yazıblar ki,
Novosibirsk hakimiyyəti avqustun 17-nə təyin edilən “Sibirin
federallşması naminə” marşının keçirilməsinə icazə verməyib.
Son günlər Novosibirsk fəalları onlara təzyiqlərdən şikayətçidir.
Belə ki, özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim
edənlər onların qohumlarına və dostlarına hədələyici zənglər
ediblər.
"Azadlıq" radiosu bildirir ki, “Teleqraf” saytının yazdığına görə,
valideynləri Aleksey Baranovun mənzilinin qarşısından kəsilmiş
qoyun başı tapıblar.
Altay vilayətində isə fəal Mixael Poulin saxlanıb. O da “Milli
bolşevik platforması”nın üzvüdür.
Krasnodarda da təşkilatın bir üzvü “kiçik xuliqanlığa" görə həbs
edilib.
Federallaşma tərəfdarları regiona Rusiyanın tərkibində böyük
muxtariyyat verilməsini tələb edirlər.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!