Əfqanıstanda TERROR: qurbanların sayı 150-yə çatdı
Bizi izləyin

Dünya

Əfqanıstanda TERROR: qurbanların sayı 150-yə çatdı

Əfqanıstanın Kunduz vilayətində Seyid-Abad şiə məscidində baş verən terror aktının qurbanlarının sayı 150-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli "Ettelaat-e ruz" qəzeti bölgənin güc strukturlarındakı mənbələrə istinadən bildirib.

Ən az 200 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralananlar arasında çoxlu sayda uşaq və yeniyetmə var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm