Kiyevin ümidi puç oldu: NATO və AB Ukraynaya hərbi yardım etməyəcək
Bizi izləyin

Dünya

Kiyevin ümidi puç oldu: NATO və AB Ukraynaya hərbi yardım etməyəcək

NATO və Avropa Birliyi (AB) Ukraynaya hərbi yardım göstərməyəcək.


Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyanın baş naziri Aleksandr Stubb bildirib.

Onun sözlərinə görə, hərbi yardım haqqında Ukrayna xarici işlər naziri Pavel Klimkinin xahişinə müsbət cavab vermək mümkün deyil.

“NATO-nun Ukraynaya hərbi yardım göstərməsi mümkün deyil. Çünki ittifaq hərbi yardımı yalnız öz üzvlərinə göstərir. Avropa Birliyinin isə belə bir dəstəyi təmin etmək üçün gücü yoxdur”, - A.Stubb deyib.

Xatırladaq ki, Ukrayna AB və NATO-dan hərbi yardım istəyib. Ukraynanın xarici işlər naziri P.Klimkin qeyd edib ki, əgər hərbi yardım alsalar, qoşun daha asan hərəkət edə biləcək.


Nazir Rusiya təhlükəsinin olduqca ciddi olduğunu söyləyib. P.Klimkin NATO-dan Ukraynayla əlaqələrin strategiyasında dəyişiklik edilməsini tələb edib: "Ukraynada yalnız orduya dəstək deyil, həm də siyasi dəstəyə ehtiyac duyulur. Eyni zamanda, gündəlikdə NATO-da Ukraynanın üzvlüyü məsələsi hələ ki yoxdur, çünki Ukrayna cəmiyyətində bu məsələ ilə bağlı razılıq əldə olunmayıb".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm