Dünya
"ABŞ-ın irqçi keçmişi var" (FOTO)
"ABŞ-ın irqçi keçmişi bu ölkəyə indiyə kimi işgəncə
verir və bu ölkə bu problemi həll etməlidir".
Publika.az-ın məlumatına görə, bunu 2009-cu ildə Pulitzer mükafatı
alan, Harvard Hüquq Məktəbinin professoru Annete Gordon-Reed
"Financial Times" qəzetində yazıb.
Qeyd edək ki, Missuri ştatının Ferguson şəhərciyində polis
zabitinin Mixaill Broun adlı qara dərili yeniyetməni dükandan
bahalı siqar oğurlama şübhəsi ilə güllələməsi Fergusonda etirazlar,
qiyam doğurub.
Gordon-Reed yazır ki, ABŞ-da bir çox qara dərili gənc şəxsən
tanıdıqları adamlar haqda eyni əhvalat danışa bilərlər ki, qara
dərilini polis güllələyib. Müəllif qeyd edir ki, onun orta məktəbdə
oxuduğu şəhərcikdə də qara dərili gənc polis məntəqəsində
ölmüşdü.
Vaxtilə Thomas Jefferson ABŞ-da qara dərililər üçün əsil
vətəndaşlıq ola biləcəyinə şübhə edirdi, bu şübhə indiyə kimi
qalır. Qara dərili amerikalılar ədalətə nail olmaqda hələ də
çətinlik çəkirlər. Yuta ştatında ilin əvvəlində Bundy rançosunda
yaşayanlar öz dedikləri kimi federal hökumətin hərəkətlərinə qarşı
etiraza qalxdılar. Onlardan çoxu silahlı idi. Ancaq onlar ağdərili
idilər. Onların qiyamı qarşıdurmaya gətirmədi. Onlara qarşı silahlı
əsgər yeridilmədi", - deyə Annete Gordon-Reed bildirib
Annete Gordon-Reed
Azadlıq Radiosu
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!