Dünya
ABŞ-da polislə qarşıdurma (FOTO)
Ağdərili polis zabitinin qaradərili silahsız gənci güllə
ilə vuraraq öldürməsi ilə bağlı gərginlik davam etdiyi bir vaxt ABŞ
Missuri ştatının Ferquson şəhərində nümayişçilərlər polis arasında
dünən gecə yeni qarşıdurma baş qaldırıb.
Publika.az-ın məlumatına görə, Ferquson küçələrinə toplaşan dinc
etirazçıların daha sonra nümayişi xaosa çevişməsinə müdaxilə edən
iğtişaş polisi səksəndirici şaşkalar və gözyaşardıcı qazdan
istifadə edib. Güclü silahlanmış hərbi qüvvələrin üzərinə Molotov
kokteylləri atılıb. Bu barədə "Amerikanın Səsi" xəbər verir.
Polis kapitanı Ron Conson jurnalistlərə deyib ki, bu gün səhər
polis güclü hücuma məruz qalsa da, atəş açmayıb. Onun sözlərinə
görə, iki nəfər etirazçı kütlənin içərisində açılmış atəş
nəticəsində yaralanıb. Etirazçılar polisin dağılışmaq tələbinə
məhəl qoymayıb və Conson deyib ki, 31 nəfər saxlanıb.
O bildirib ki, nümayişçilərin çoxu dinc şəkildə etirazlarını
bildirsə də, kiçik bir qrup nümayişlərin zorakı hal almasına səbəb
olub. Polis zabitinin sözlərinə görə, rəsmilər xənayətkarların
Ferquson icmasının yönəltməsinə imkan verməyəcək.
Dünən polis zorakılığı “qəsdən törədilmiş cinayət aktı adlandırıb”
və onların əmlaka ziyan vurmaq, insanlara xəsarət yetirmək və
ixtişaş yaratmaq məqsədi daşıdığını bildirib.
Nümayişçilər polis gözyaşardıcı qazdan istifadə etməyənədək hər
hansısa zorakılığın törədildiyini inkar edir.
Zorakılıqlardan bir neçə saat sonra komendant saatı tətbiq
edilib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ