Dünya
Türkiyəni niyə güdürlər?
"Almaniya ABŞ-ın Almaniyadakı casusluğundan şikayət
edir, ancaq indi məlum olur ki, Almaniyanın özü Hillari Klinton və
Con Kerrinin telefon danışıqlarına qulaq asıb".
Publika.az-ın məlumatına görə, bu haqda Spigel jurnalı yazıb.
Jurnal qeyd edib ki, ola bilsin ki, telefon danışıqları təsadüfən
tutulub, ancaq Türkiyəni izləmək, güdmək bilərəkdən olub:
"Almaniyanın xarici kəşfiyyat xidməti (BND) Kerridən əvvəlki ABŞ
Dövlət katibi Hillari Klintonun 2012-ci ildə Suriya böhranına görə
BMT-nin keçmiş baş katibi Kofi Annanla danışığını tutub, Yaxın
Şərqdə İsraillə Həmas arasında vasitəçilik edəndə isə Con Kerrinin
telefon danışığını izləyib.
Deməli bu, təsadüfi tutulmayıb, çünki illərdir ki, BND peykdən
gedən bütün telefon danışıqlarına qulaq asır.
Spigel jurnalı öyrənib ki, BND-nin diqqət mərkəzində olan yerlərdən
biri isə Türkiyədir. NATO üzvü olan Türkiyənin izlənməsi Ankara ilə
Berlin arasında gərginlik mənbəyi ola bilər.
Ancaq jurnal Almaniya hökumətində adı çəkilməyən mənbəyə istinadla
yazır ki, Türkiyə Almaniyanın ABŞ, Fransa və ya Britaniya kimi
tərəfdaşları ilə müqayisə oluna bilməz. Bundan başqa, Türkiyədə baş
verən hər şey Almaniyanın daxili təhlükəsizliyi üçün dərhal çox
vacib olur.
Almaniya Türkiiyədən sonra türklərin sayının çox olduğu ölkədir.
Almaniyada 3 milyon türk əsilli var. BND-nin Türkiyə ilə bağlı
təhlükəsizlik marağı PKK-nın fəaliyyətindən tutmuş Almaniyadakı
solçu və sağçı türk qruplarına qədər geniş spektri əhatə edir. Buna
insan alveri, narkotiklər haqda məlumatlar da daxildir.
Hökumətdəki mənbə deyib ki, Türkiyə hökumətinin Almaniyadakı türk
təşkilatları vasitəsilə Almaniyada siyasi məqsədlərə çatmaq
cəhdləri də BND-nin maraq dairəsindədir.
Azadlıq Radiosu
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI