Dünya
ABŞ-da polis daha bir zəncini güllələdi
Afroamerikalının ölümü ilə əlaqədar baş verən
qarşıdurmaların 2-ci həftəsində, ABŞ-ın Missuri ştatının Ferquson
şəhərində polis 23 yaşlı daha bir qaradərilini
güllələyib.
Publika.az-ın "BBC"-yə istinadən məlumatına görə, hüquq mühafizə
orqanları bildirirlər ki, onlar üstlərinə bıçaqla hücum edən
vətəndaşa güllə açmaq məcburiyyətində olublar.
“Şübhəli polisə tərəf çönərək, bıçağı çıxardıb və onlara deyib:
“Hə, atın mənə, öldürün məni”, - deyə açıqlamada deyilir.
Qeyd edək ki, keçən gecə ərzində polis artıq 60 nəfəri həbs
edib.
Çərşənbə axşamı ölkənin prezidenti Barak Obama insanlara müraciət
edərək onları qanuna uymağa çağırıb. Bununla bərabər Obama onların
nifrətini başa düşdüyünü bildirib.
Öz növbəsində ABŞ baş prokuroru Erik Xolder, bu gün şəhərə
gələcəyini və istintaqla şəxsən məşğul olacağını bildirib.
Ferquson qarşıdurmaları 9 avqustda polisin qaradərili yeniyetməni
öldürməsi ilə başlayıb. Polisin bildirdiyinə görə, 18 yaşlı Maykl
Braun maşında başlayan atışma nəticəsində bir neçə güllə yarası
alıb. Lakin hadisə şahidlərinin sözlərinə görə, oğlan silahsız olub
və onu ayaq üstə əllərin qaldırdığı zaman güllələyiblər.
Şəhərdə qarşıdurmalar polislə toqquşmalara çevrilib. 16 avqust
fövqəladə hal elan olunaraq komendant saatı tətbiq edilib. 18
avqustda artıq şəhərə milli qvardiya gücləri yeridilib. Polis
etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü bombalarından istifadə
edir.
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı