Dünya
Ərdoğanı öldürə bilərlər – Çevrilişə cəhd
17 dekabr əməliyyatlarından sonra AKP-dən istefa verən İdris Bal, 17 dekabrdan 4 ay əvvəl çevriliş üçün fəaliyyət göstərdiyi məlum olub.
Publika.az “A Haber”ə istinadən xəbər verir ki, Gülən hərəkatı ilə yaxın olan keçmiş AKP millət vəkili İdris Bal 17 dekabr əməliyyatlarından 4 ay əvvəl vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək “Ərdoğandan sonra nələr olacaq?” sualı ətrafında müzakirələr aparıb və “beynəlxalq qüvvələr Ərdoğanı istəmir. İlin axırına qədər onu hakimiyyətdən uzaqlaşdıracaq, özü getməsə, öldürüləcək” dediyi ortaya çıxıb.
İdris barəsində şok açıqlamanı Ənsar vəqfinin Çorum şöbəsinin sədri Xəlil İbrahim Aşqın verib. Aşqının dediyinə görə, İdrislə 17 dekabr əməliyyatlarından sonra görüşüb və eşitdiklərini bu cür izah edib:
“Hökumət yaxşıya doğru getmir. Qurulanda olduğu kimi AKP bütün etnik və dini azlıqların tərəfini saxlamır. Ayrı-seçkilik edir. Xüsusi ilə xarici siyasətdə böyük səhvlərə yol verib. Suriyada səhv elədi. Elə buna görə minlərlə insan öldü. Misirdə bütün dünya gizli və ya açıq şəkildə çevrilişi dəstəklədiyi təqdirdə Türkiyə, demək olar ki, təkcə özü Mursinin tərəfində olduğunu bəyan etdi. Bu və buna bənzər siyasətə görə bəzi beynəlxalq qüvvələr artıq Ərdoğanla işləmək istəmir.
Bu beynəlxalq qüvvələr mütləq Ərdoğanı vəzifədən uzaqlaşdıracaqlar. Türkiyədə çox pis hadisələr olacaq. 2013-cü ilin axırına qədər Ərdoğanın istefa verməsi üçün təzyiqlər artacaq və Ərdoğan buna tab gətirməyib istefa verəcək. İstefa verməsə, beynəlxalq qüvvələr tərəfindən öldürülə bilər”.
Vüsal Tağı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı