“Real” 16 yaşlı bu istedad üçün hərəkətə keçdi – FOTO
Bizi izləyin

İdman

“Real” 16 yaşlı bu istedad üçün hərəkətə keçdi – FOTO

“Real” Argentina U-17 yığmasının üzvü, 16 yaşlı vunderkind Franko Mastantuononun transferi ilə bağlı “River Pleyt” ilə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə nüfuzlu italyan insayder Fabritsio Romano məlumat verib.

Madrid klubu ümid edir ki, Mastantuono “Los Blancos”un əsas oyunçularından birinə çevrilmiş Federiko Valverdenin yolunu davam etdirə bilər.

Mastantuononun “River Pleyt” ilə müqaviləsi 2026-cı ilin yanvarında başa çatır. Müqavilədə 45 milyon avro məbləğində buraxılış bəndi var. Bu mövsüm yarımmüdafiəçi “River Pleyt”in heyətində bütün yarışlarda 11 matçda 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm