Dünya
İŞİD-ə daha bir ağır zərbə
Ənbar vilayətinin Hadisə rayonu üzrə baş məmuru
Abdulhakim əl-Cuğeyfi İraq ordusunun İŞİD-ə qarşı gözlənilməz
əməliyyat təşkil edərək yaratdığı qarşıdurmada terrorçuların bir
çoxunun məhv edildiyini bildirib.
Qarşıdurma Hadisə rayonunun Bərvanə qəsəbəsində baş verib. İraq
ordusu qüvvələri müşahidə üçün əraziyə çıxan İŞİD-ə hücum edib və
nəticədə 17 terrorçu öldürülüb. Onlardan çox sayda partladıcı maddə
və döyüş sursatı əldə edilib.
Mosulun şimal-qərbində yerləşən Zamar qəsəbəsində isə ABŞ-ın təşkil
etdiyi hava hücumlarında 10 İŞİD-çinin də öldüyü xəbəri
yayılıb.
İraqın təhlükəsizlik mənbələri bildirir ki, Diyala bölgəsinə aid
Baxibə şəhərindən 35 kilometr uzaqlıqda yerləşən əl-Muqaddim
qəsəbəsində ordu qüvvələri ilə İŞİD üzvləri arasında yaranan
qarşıdurmada 11 terrorçu, ordudan isə 2 əsgər öldürülüb, 3 əsgər
yaralanıb.
Baş qa bir hadisə də isə Bakubanın əl-Azim qəsəbəsindəki polis
bölməsi qarşısında keşik çəkən əsgərlərə İŞİD üzvlərinin uzaqdan
atəş açması nəticəsində 1 əsgər dünyasını dəyişib.
Qeyd edək ki, ölkənin müxtəlif yerlərində İŞİD üzvləri ilə
təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalar davam edir.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO