Dünya
Mustafa Cəmilov müvəkkil təyin olunmasından danışdı – Özəl
“Mənim əsas işim Krım tatarlarının problemləri ilə bağlı hüquqi və qanun layihələrinin hazırlanması olacaq”.
Publika.az-a özəl açıqlamasında
bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmilov Ukrayna
prezidenti Pyort Poroşenko tərəfindən Krım tatarlarının işləri üzrə
prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməsinə münasibət
bildirərkən deyib.
M.Cəmilov bu işin bir qədər çətin olacağını deyib: “Krıma girişim qadağan olunub. Buna görə də tatar xalqı ilə bağlı işlərimizi həyata keçirmək çətin olacaq. Cənab Poroşenko ilə iki dəfə görüşmək imkanım olub. Bu məsələləri onun da diqqətinə çatdırmışam”.
O, Rusiyanın Krımda rus pasportu paylamasının beynəlxalq hüquqa təhqir olduğunu söyləyib: “Rusiya bir şeyi anlamalıdır: Krım tatarların torpağıdır və qanuna uyğun olaraq biz öz vətənimizə dönəcəyik. Ona görə də Rusiya orada öz yerini möhkəmləndirməsin. Krım yenidən Ukraynanın tərkibinə qatılacaq”.
Xatırladaq ki, Rusiya hakimiyyəti M.Cəmilovun Krıma və Rusiyaya girişinə 5 il qadağa qoyub. Bu müddət isə 2019-cu ilin aprel ayında bitir.
Asif
-
Qarabağ 23:48
Şuşanın yeni məscidi belə olacaq - VİDEO
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi