Dünya
İsrail qırıcıları Dəməşqi vurdu: ölü və yaralılar var
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın radar və zenit qurğularına zərbələr endiriblər.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyadan atılan zenit raketi İsrail hava məkanında partladıqdan sonra İsrail Müdafiə Qüvvələri Suriyadakı zenit qurğularına hücum edib.
Məlumata görə, Dəməşqə endirilən zərbələr nəticəsində Suriya ordusunun 1 hərbçisi ölüb, daha 5 nəfər isə yaralanıb.
Suriyanın SANA agentliyinə hərbi mənbə bildirib ki, yerli vaxtla saat 12:56 radələrində İsrail Beyrutun cənub-şərq istiqamətindən raketlərlə havadan hücuma keçib. Saat 01:10 radələrində isə İsrail raketlərlə növbəti hücumu həyata keçirib. Hədəf isə Suriyanın Qolan istiqamətindən Dəməşq yaxınlığındakı bəzi nöqtələri olub.
Mənbə əlavə edib ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrailin atdığı raketlərin bəzilərini vurub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























