Dünya
ABŞ polisi daha iki gənci öldürdü
Çikaqo polisi bu gün şəhərin iki müxtəlif nahiyəsindəki insident zamanı iki yeniyetməni güllələyib.
Publika.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, gənclər tapançanı polisə tuşladıqları üçün öldürülüblər.
Birinci insident zamanı polis əməkdaşları silahlı adamlarla bağlı edilən çağırış üzrə gəliblər. Polis həmin adamlardan təslim olmağı tələb edib. Bu zaman onlardan biri qaçmağa başlayıb və qaça-qaça cibindən tapançanı çıxararaq polisə tuşlayıb. Bundan sonra o, güllələnib.
İkinci analoji insident şəhərin cənubunda qeydə alınıb. Burada da silahlı gənc atışma ilə bağlı edilən çağırış əsasında əraziyə gələn polisə tapança tuşlayıb və təslim olmaq istəməyib. Nəticədə o da güllələnib.
Öldürülənlərin hansı irqə mənsub olduğu deyilmir. Qətl hadisələrinin tədqiqi ilə Müstəqil Polis Təhqiqatları Departamenti məşğul olacaq. Məhz bu qurum polisin vəziyyətə uyğun adekvat davranıb-davranmadığını müəyyən edəcək.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO