BMT-dən şok xəbərdarlıq: Yüz minlərlə insan öləcək, əgər İsrail...
Bizi izləyin

Yaxın Şərq

BMT-dən şok xəbərdarlıq: Yüz minlərlə insan öləcək, əgər İsrail...

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bildirib ki, İsrail ordusu Rəfaha daxil olarsa, yüz minlərlə insan “ölüm riski” ilə üzləşəcək.

Publika.az xəbər verir ki, BMT-nin OCHA sözçüsü Yens Lehrke, "Bu, mülki şəxslərin öldürülməsi ilə nəticələnə bilər və bütün sektorda humanitar işlərə inanılmaz zərbə vurar, çünki bu proses, əsasən Rəfahdan həyata keçirilir" deyib.

Məhz Qəzza zolağının cənubundakı bu şəhər Fələstin anklavına humanitar yardımın çatdırılması üçün mühüm məntəqəyə çevrilib. İsrail ordusunun əməliyyatı səbəbindən daha şimal bölgələrini tərk etmək məcburiyyətində qalan bir milyondan çox insan Rəfahda müvəqqəti sığınacaq tapıb. Bu Qəzza əhalisinin yarısıdır.

Bir gün əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Rafahdakı hazırkı vəziyyətin orada "heç bir əməliyyat üçün əlverişli olmadığını" söyləyib.

O, həmçinin qeyd edib ki, Təl-Əviv şəhərdə mülki əhalinin olduğunu nəzərə almalıdır və döyüşlər başlamazdan əvvəl onların oradan təxliyəsini təmin etməlidir.

Bundan əvvəl İsrail ordusunun Qəzza zolağında HƏMAS-ın 24 batalyonundan 20-ni sıradan çıxara bildiyini açıqlamışdı. Təl-Əviv iddia edir ki, qalan yaraqlılar Rəfaha sığınır və onları məğlub etməyin yeganə yolu quru əməliyyatıdır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm