Rusiya-Gürcüstan avtomagistralı bağlandı
Bizi izləyin

Dünya

Rusiya-Gürcüstan avtomagistralı bağlandı

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bütün növ avtomobillər üçün bağlanıb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.

Yolun Mleta-Qudauri hissəsində isə nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm