Dünya
Moskva çıxış yolu axtarır: “Onlar sərhədi təsadüfən keçib”
“Ukrayna sərhədini keçən Rusiya hərbi qulluqçuları bunu təsadüfən ediblər”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, Ukrayna dünən ölkə ərazisinə soxulan 10 rus desantçının tutulduğunu açıqlayıb. Onların adı da mətbuata açıqlanıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası isə “facebook” səhifəsində Rusiyanın Donetsk vilayətinin cənubunda yeni silahlı qarşıdurma mərkəzi yaratmağa cəhd göstərdiyi bildirib. Xəbərdə deyilir ki, bu məqsədlə Rusiyanın 10 tank, 2 BMP və 2 “Qrad” reaktiv yaylım atəş sistemi Novoazovsk rayonu istiqamətində Ukraynanın dövlət sərhədini pozub. Mariupol istiqamətində isə 40-a qədər tank və zirehli texnikanın hərəkət etməyə çalışdığı, Ukrayna lakin antiterror gücləri tərəfindən qarşısının alındığı xəbər verilir.
Ukrayna sərhədini keçən desantçılara qarşı cinayət işi qaldırılıb.
“Adı çəkilən hərbi qulluqçular həqiqətən də Rusiya-Ukrayna sərhədində patrul xidməti keçirdilər. Onlar ehtimal ki, sərhədi təsadüfən keçiblər. Bildiyimiz qədər, onlar Ukrayna Silahlı Qüvvələrinə müqavimət göstərməyib”, - Rusiya Müdafiə Nazirliyindən bildiriib.
Müdafiə Nazirliyi Rusiya hərbi texnikasının Ukrayna ərazisinə daxil olması barədə Kiyevin ittihamlarını rədd edir. Dünən isə Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevdən iddialarla bağlı sübutlar tələb edib.
Ömər Dağlı
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO