Dünya
İŞİD-ə qoşulan amerikalı öldürüldü - FOTO
Suriyada İŞİD qruplaşmasına qoşulan ABŞ vətəndaşı öldürülüb.
Publika.az “ The Minneapolis Star Tribune “ qəzetinə istinadən xəbər verir ki, öldürülən şəxsin adı Duqlas Makasur Makkeyndir. ABŞ Dövlət Departamentindən Makkeynin ailəsinə zəng edərək onun Suriyada həlak olduğunu bildiriblər.
Cihadçının əmisi Ken Makkeyn bildirib ki, Duqlasın Suriyaya getməsinə görə əvvəldən narahat imişlər. O bildirib ki, qardaşı oğlu bir neçə il əvvəl islamı qəbul edib. Daha sonra Türkiyəyə gedib, oradansa Suriya ərazisinə keçərək terrorçulara qoşulub.
ABŞ-ın ədliyyə naziri Erik Holder isə bəyan edib ki, İŞİD qruplaşmasının tərkibində onlarla amerikalı var. Nazirin sözlərinə görə artıq Suriya və İraqa gedən amerikalılar barədə istintaq başlayıb.
Həmçinin FTB-də Makkeynin ölümə ilə bağlı araşdırmalara başlayıb.
İlqar
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO