Zelenski Roma Papasını Ukraynaya dəvət etdi
Bizi izləyin

Dünya

Zelenski Roma Papasını Ukraynaya dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Roma Papası Fransiski arasında telefon danışığı olub.

Bunu dövlət başçısı tviter səhifəsində yazıb.

“Biz Ukraynadakı durumu, rus qoşunlarının ölkədən çıxarılmasını və Vatikanın vasitəçilik təşəbbüsünü müzakirə etdik. Dəstəyə görə Papa Fransiskiyə minnətdarlığımı bildirdim”, - o qeyd edib.

Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş da V.Zelenski ilə Roma Papasının telefon danışığına dair məlumat yayıb. Diplomat deyib ki, V.Zelenski Papa Fransiskini vasitəçilik üçün Ukraynaya dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm