İdman
Messi “Barsa”nın bayramına gəlməyəcək
“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illik yubileyi şərəfinə təşkil olunacaq şənliklərə qatıla bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda futbolçunun “mavi qranatlar”ın prezidenti Joan Laportanın şəxsən göndərdiyi dəvəti qəbul etdiyi və bayrama gəlməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Mənbənin sözlərinə görə, Messi bu tarixə (noyabrın 29-na) planlaşdırılan təcili işlərə görə bayrama qatıla bilməyəcək. Hücumçunun bu işləri bir neçə ay əvvəldən planlaşdırıb, “Barselona”dan dəvətin isə 15 gün əvvəl gəldiyi vurğulanır.
Eyni zamanda, Messi artıq “Barselona”nın 125 illiyinə həsr olunmuş müsahibə verib, həmçinin Kataloniya klubunun təşkil etdiyi fotosessiyada iştirak edib.
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət


















.jpg)















.jpg)
