Dünya
“Bizdə artıq Yanukoviç yoxdur, tezliklə sizdə də Putin olmayacaq”
Rusiyalı jurnalistlərin ölümündə ittiham olunan Ukrayna pilotu Nadejda Savçenko bu gün Rusiyada məhkəmə qarşısına çıxıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, məhkəmə prosesi pilotun Rusiya prezidenti Vladimir Putinin əleyhinə söylədiyi çıxışla yadda qalıb.
A.Savşenko Rusiyada Vladimir Putin rejiminin tezliklə tarixə qovuşacağına ümidvar olduğunu bildirib.
“Sizdə ədalət yoxdur, sizdə qanun yoxdur. Allaha şükür ki, bizdə artıq Yanukoviç yoxdur. İnanıram ki, tezliklə sizdə də Putin olmayacaq”, - Savçenko deyib.
Xatırladaq ki, N.Savçenko iyun ayının ortalarından Ukraynanın şərqində terrorçular tərəfindən tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.
Yada salaq ki, Rusiya jurnalistlər Anton Voloşinlə Vladimir Kelyan iyunda Luqanskda odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisənin şahidi olan “Forbes” jurnalının Rusiya təmsilçisi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşin qurbanı olub.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi