Dünya
Saakaşvili: "Rusiyanın Ukraynaya qarşı davranışı işğaldır"
Gürcüstanın eks prezident beynəlxalq ictimaiyyəti hər şeyi öz
adı ilə adlandırmağa çağırır.
Publika.az-ın məlumatına görə, Mixail Saakaşvili Rusiyanın
Ukraynaya qarşı işğal cəhdinin olmasına və hazırda elan olunmamış
müharibə getdiyinə əmindir. Bu barədə o bu gecə öz feysbuk
səhifəsində yazıb.
“Hazırda mən ukraynalı bacı və qardaşlarımla o səriştəni bölüşürəm
ki, gürcüstanlılar çox yaxşı bilirlər: yüzlərlə rusiya tankı,
zirehli vasitələri və “Qrad” sistemləri beynəlxalq sərhəddi keçərək
şəhər və kəndlərə hücum edir və dünya bunu hələ də necə
adlandıracağını bilmir ”- deyə Saakaşvili yazır.
Onun sözlərinə görə Rusiyanın etdiyini separatçı münaqişə, terror
hücumu və ya “Rusiyanın əks hücumu” (Ukrayna axı Rusiya ərazisinə
hücum etməyib) kimi adlandırmaq olmaz. O bunu işğal və müharibə
adlandıraraq beynəlxalq ictimaiyyəti hadisələri olduğukimi
adlandırmağı təklif edir.
“Bəlkə beynəlxalq ictimaiyyət hadisələri adı ilə çağıra? Fikrimcə,
regionumuzda kiminsə başına buzlu su tökməsindən daha vacib
hadisələr baş verir. Ukraynanın, Gürcüstanın və Rusiyanın bütün
qonşularının taleyi Donetsk, Luqansk və Mariopolda təhdid
altındadır. Ukraynaya eşq olsun”- deyə Mixail Saakaşvili yazıb.
Qeyd edək ki, ALS xəstəliyinə qarşı bütün dünyada məşhurlaşan "başa
buzlu su tökmə" aksiyasında eks prezidentə meydan oxunması
yoxdur.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI