Dünya
Fransada 23 min insan küçələrə çıxdı
Fransada prezident seçkilərin birinci turunun nəticələrinə etiraz əlaməti olaraq təxminən 23 min insan küçələrə çıxıb.
Publika.az TASS agentlyinə istinadla xəbər verir ki, indiyədək seçkinin nəticələrinə qarşı Parisdə təşkil olunan etiraz nümayişinə ümumilikdə 10 minədək adam qoşulub. Bölgələrdə isə bu rəqəm 13,6 min nəfər təşkil edib.
Lill, Marsel və digər böyük şəhərlərdə küçələrə çıxan nümayişçilər əsasən “ifrat sağçılara” və xüsusən də Marin Le Penə qarşı çıxıblar. Lakin polislə toqquşmaların baş verdiyi Lion və Renn şəhərlərində isə nümayişçilər “Nə Makron, nə də Le Pen” şüarını səsləndiriblər.
Solçular aprelin 10-da keçirilən seçkilərin birinci turunda səslərin cəmi 1,25 faizi ilə rəqibindən geri qalan “Tabe olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melenşonu dəstəkləyirlər.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə 12 namizəd iştirak edib. Səsvermənin nəticələrinə görə, Fransanın hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz səslə irəlidədir. Onu “Milli birlik” partiyasından namizəd Marin Le Pen 23,15 faiz səslə müşayiət edir.
Seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi