SON DƏQİQƏ: Putin Paşinyanla görüşəcək
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bu həftə iqtisadiyyatla bağlı bir sıra görüşləri davam etdirəcək və metallurgiyadakı vəziyyəti müzakirə edəcək. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında məlumat verilib.

"Ermənistanın baş naziri Rusiyaya rəsmi səfərə gəlir. Hazırkı beynəlxalq vəziyyətdə bu, xüsusi əhəmiyyət kəsb edən hadisədir" - verilişdə qeyd olunub.

Bundan əlavə, Rusiya prezidentinin təşəbbüsü ilə yaradılan "Rusiya - imkanlar ölkəsi" qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının iclası keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm