Şolts Ukraynaya görə istefa verə bilər - "Spiegel"
Bizi izləyin

Dünya

Şolts Ukraynaya görə istefa verə bilər - "Spiegel"

Almaniya hökumətində Ukraynaya ağır silahların tədarükü ilə bağlı mübahisələr güclənir və Almaniya kansleri Olaf Şoltsn qərarsızlığı onun istefasına səbəb ola bilər.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

Qəzet yazır ki, əgər Şolts bunu etməsə, Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (CDU/CSU) müxalifət bloku liderləri gələn həftə Bundestaqa Ukraynaya ağır silahların verilməsinə dair qətnamə layihəsi təqdim etmək niyyətindədir.

“Bu halda Şoltsun mövqeyi o qədər sarsılacaq ki, o, əslində Bundestaqda çoxluğu təmin etmək üçün etimad səsverməsi istəməli olacaq”, - məlumatda deyilir.

“Spiegel” həmçinin qeyd edir ki, kansler həm müxalifət, həm də hökumətyönlü koalisiya üzvləri tərəfindən tənqid olunur.

Bundan əvvəl Almaniya silahlı qüvvələri Bundesverin baş müfəttişinin müavini Markus Laubental Almaniya tərəfindən Ukraynaya ağır silahların verilməsinə qarşı çıxıb. O, Almaniya Silahlı Qüvvələrinin orduya nəzarət etmək və yeni hərbi kadrlar hazırlamaq üçün silah sistemlərinə ehtiyac duyduğuna diqqət çəkib. Bundan əlavə, NATO daxilində müxtəlif öhdəlikləri yerinə yetirmək üçün AFR-nin hələ də “Marder” tipli piyada döyüş maşınlarına ehtiyacı var .

Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkə çətin ki, Ukraynanı öz ehtiyatlarından silahla təmin edə bilsin, onlar demək olar ki, tamamilə tükəniblər. Siyasətçi qeyd edib ki, “Leopard” tanklarının Ukraynada heç bir əhəmiyyəti olmayacaq: “Çünki onlar avadanlıqların idarə edilməsində təcrübələrinin olmaması səbəbindən onlardan istifadə edə bilmirlər. Bunun əvəzinə silahlar Ukrayna ordusunun müəyyən mənada tanış olduğu Şərqi Avropa ölkələrindən gəlməyə davam etməlidir”, - deyə o, vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm