Dünya
Fransa Ukraynaya müxtəlif silahlar verdi
Fransa Ukraynaya “Milan” tank əleyhinə raketləri və “Sezar” topları da daxil olmaqla, müxtəlif növ silahlarla yardım edib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Ouest France” portalına müsahibəsində bildirib. Fransa Prezidenti ilk dəfə ölkənin silah tədarükü haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Fransa əhəmiyyətli avadanlıqlarla və bir neçə növ silahla rəsmi Kiyevə kömək edib. “Bu yol davam etdirilməlidir. Birgə döyüşə girməmək üçün həmişə qırmızı xətt nəzər alınıb”, - deyə Fransa Prezidenti vurğulayıb.
“Milan” tank əleyhinə raketlərinin və “Sezar” toplarının dəqiq sayı açıqlamayıb. Fransa mətbuatının məlumatına əsasən “Milan” raketləri artıq Ukraynaya verilib. “Le Monde” qəzeti isə “Sezar” toplarının, eləcə də minlərlə mərminin yaxın günlərdə Ukraynaya çatdırılacağını bildirib. O da vurğulanıb ki, 40-a qədər ukraynalı hərbçi şənbə günündən etibarən Fransada təlim keçəcək.
-
Pul23:12
"Bitcoin"in qiyməti 3-cü dəfə TARİXİ MAKSİMUMA ÇATDI
-
Nəqliyyat22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin122:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin220:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO
-
Elm və təhsil20:00
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA
-
Magazin119:48
Özge Arzu Əliyeva ilə bir arada - FOTO/VİDEO