Zelenskidən ATƏŞKƏS TƏLƏBİ: "Yalnız Rusiya istəsə..."
Bizi izləyin

Dünya

Zelenskidən ATƏŞKƏS TƏLƏBİ: "Yalnız Rusiya istəsə..."

"Ukrayna ərazisində atəşkəs yalnız Ukrayna-Rusiya liderləri arasında dialoq və müəyyən razılaşmalar əsasında mümkündür".

Publika.az "RBC-Ukrayna" istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Əgər atəşkəsdən danışırıqsa, o zaman Rusiya Federasiyasının tərəfində atəşkəsə nail olmaq istəyini görməliyik. Biz bunu görmürüksə, həqiqətən atəşkəs istəyirlərsə, deməli bunu göstərməlidirlər.

Hal-hazırda biz Mariupolda dinc əhalinin bomba sığınacaqlarını tərk etməsinə icazə vermək üçün atəşkəs haqqında danışıqlar aparırdıq və hətta irəli getmək ümidi ilə BMT-yə müraciət etdik. Buna baxmayaraq, onlar hələ də mərmi atırlar, bombalayırlar. Bizə atəşkəs lazımdır.”, - deyə Ukrayna prezidenti bildirib.

O, həmçinin vurğulayıb ki, əgər prezident Putinlə görüş təyin olunsa, o zaman həmin vaxt atəşkəs əldə olunacaq. O zaman atəşkəslə bağlı öhdəlikləri, daha yaxşısı, ictimai öhdəlikləri şəxsən razılaşdırmaq mümkün ola bilər.

"Amma atəşkəs o demək deyil ki, Rusiya qoşunları indi olduqları yerdə qalacaqlar - və belə bir dondurulmuş münaqişə olacaq. Biz dondurmayacağıq... Qruplarımız, Türkiyədə olduğu kimi, danışıqlarda iştirak edənlər səviyyəsində görüşün hazırlanması və ya ölkələr arasında gələcək razılaşmalar haqqında ünsiyyət qurur. Lakin bu ünsiyyətdir.

Açığını deyə bilərəm: mən belə razılaşmalara həqiqətən inanmıram. Düşünürəm ki, danışmaq vacibdir, lakin Rusiya Federasiyasının prezidenti şəxsən öz imzasını atana qədər və ya şəxsən nəsə deməyənə qədər mən bu cür razılaşmalarda heç bir dəyər görmürəm”, - deyə Zelenski bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm