İdman
Premyer Liqa alqı-satqı qaydalarına dəyişiklik etdi
İngiltərə Premyer Liqası (EPL) “Mançester Siti”yə qarşı məhkəmə prosesindən sonra əlaqəli tərəflərlə əməliyyatlar (alqı-satqı) qaydalarına dəyişiklik edib.
Publika.az xəbər verir ki, dəyişikliklər klublar tərəfindən Premyer Liqanın səhmdarlarının bu gün keçirilən iclasında təsdiqlənib.
Liqa qayda dəyişikliyi layihəsini hazırlamaq üçün çoxsaylı müstəqil hüquqi rəylərə əsaslanaraq klublarla məsləhətləşib.
İyun ayında “Mançester Siti” Premyer Liqanı məhkəməyə verub və təşkilatın qaydalarının klubların sahibləri ilə əlaqəli şirkətlərlə şişirdilmiş sponsorluq müqavilələri bağlamasının qarşısını almağa yönəlmiş 25 bəndinin qeyri-qanuni və zərərli olduğunu iddia edib.
Oktyabr ayında arbitraj məhkəməsi “Mançester Siti”nin komandaların fəaliyyətini tənzimləyən kommersiya qaydaları ilə bağlı Premyer Liqaya qarşı iddiasını qismən təmin edib.
Müstəqil komissiya belə nəticəyə gəlib ki, klublar və əlaqəli tərəflər arasında kommersiya əməliyyatlarını əhatə edən qaydaların yenilənmiş variantı rəqabət qanunlarını pozur və kommersiya müqavilələrində ədalətli bazar dəyərinin şərhini sərtləşdirir. Komissiya həmçinin səhmdarların kreditlərinin qaydalardan xaric edilməməli olduğu qənaətinə gəlib və liqanın “Mançester Siti” ilə iki sponsorluq müqaviləsini rədd etmək qərarını ləğv edib.
Düzgün olmayan sponsorluq sövdələşmələri iddiaları “Siti”yə qarşı irəli sürülən 115 qanun pozuntusunda bir çox ittihamların əsasını təşkil edir.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri













.png)




















