Ukrayna iki istiqamətdə əks-hücuma keçdi
Bizi izləyin

Dünya

Ukrayna iki istiqamətdə əks-hücuma keçdi

Ukrayna ordusu Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşü zamanı Ukraynadakı operativ vəziyyəti müzakirə etdiklərini bildirib:

“Ənənəvi şəkildə amerikalı həmkarımı operativ vəziyyətlə bağlı məlumatlandırdım. Xüsusilə, düşmənin əsas səylərini Luqansk istiqamətinə - Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi əraziyə yönəltməsi, habelə Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi haqqında məlumat verdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm