Dünya
Keçmiş baş nazir 4 il müddətinə azadlıqdan məhrum edildi
Fransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Onun həyat yoldaşı Penelopa Fiyon məhkəmənin hökmü ilə 2 il şərti cəza alıb.
Fransa mərkəz sağçıların aparıcı siması olan F.Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik “Kanar anşene” qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş alması iddiasını irəli sürüb.
Bildirilib ki, Penelopa Fiyonu bu vəzifəyə siyasətçinin özü parlamentin aşağı palatasının deputatı olan zaman təyin edib.
F.Fiyon baş nazir təyin edildikdən sonra həyat yoldaşı onun xələfi Mark Julo tərəfindən yenidən həmin vəzifəyə təyin edilib. 2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, ona beş il həbs cəzası verib (iki ili həbsxanada çəkməli idi). Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks-baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb. (Report)
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO