Zelenski Putinlə görüşə yalnız bu şərtlə razıdır
Bizi izləyin

Dünya

Zelenski Putinlə görüşə yalnız bu şərtlə razıdır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Bladimir Putinlə görüşməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Zelenski İtaliyanın “Rai 1” telekanlına müsahibəsində deyib.

Lakin Ukrayna prezidentinin bir şərti var: danışıqlar Rusiyayönümlü vasitəçilər və ultimatumlar olmadan, dialoq şərtləri çərçivəsində keçirilməlidir.

“Məsələ hər gün mürəkkəbləşir. Çünki hər gün kiçik şəhərləri işğaldan azad edirik və biz rus hərbçilərinin zorakılıq, işgəncə, edam izlərini görürükş. Və buna görə danışıqların mümkünlüyü getdikcə mürəkkəbləşir”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya ilə danışmaq istəyib: “İndi cəmiyyət buna müsbət yanaşmır. Mən prezident kimi Putinlə danışmağa hazıram, amma vasitəçi və ultimatum olmadan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm