Dünya
Davudoğlu: “Mənə hoca deyin!”
Mənə hoca (xoca – müəllim) deyilməsini istərdim”. ANS
PRESS-in xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri və hakim
Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu
deyib.
Məlumata görə, ötən gün ilk dəfə Əhməd Davudoğlunun sədrliyi ilə
AKP-nin iclası keçirilib. Bir çox məsələlərin müzakirəsindən sonra
AKP idarə heyətinin üzvləri çıxış edərək Davudoğlunu yeni vəzifəsi
münasibəti ilə təbrik ediblər. Bu təbrik vaxtı Davudoğluna baş
nazir, hoca və hətta səhvən nazir deyənlər də olub.
İdarə heyətinin üzvü olan Lalə Ersoy isə çıxışı vaxtı Davudoğluna
həm hoca, həm cənab nazir, həm də cənab baş nazir deyə müraciət
edib. Ersoy çıxışının davamında, necə müraciət edəcəyini çaşdığını
deyib.
Baş nazir isə hoca deyə müraciət olunmasını istəyib:
“Hər kəs rahat olsun. Mənə hoca deməyə davam edin. Hətta hocam
deməyiniz məni məmnun edər. Çünki siyasət müvəqqətidir, amma
hocalıq əbədidir. Bütün dostların mənə hoca deməsi arzumdur”.
Xatırladaq ki, bəzi akademik ünvanları olan professor Əhməd
Davudoğlu yerli və xarici bir çox ali məktəblərdə məruzələrlə çıxış
edib.
Bundan başqa, “Kurtlar Vadisi Pusu” serialında “Ağsaqqallar heyəti”
ilə dövlət arasında vasitəçi olan “Hoca” ləqəbli heyət üzvünün də
Əhməd Davudoğlunun prototipi olduğu bildirilmişdi.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı