Dünya
Ərdoğan: "Siz bir çox oyunları pozdunuz"
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada
Çankaya köşkünə köçdükdən bəri ilk dəfə İstanbulda Kısıklıda
yerləşən iqamətgahına gəlib və burada vətəndaşlar tərəfindən coşğu
ilə qarşılanıb.
ANS PRESS-in məlumatına görə, əvvəlcə Atatürk hava limanında
izdiham tərəfindən qarşılanan Ərdoğan ilk çıxışını da elə burada
edib.
Rəcəb Tayyib Ərdoğan öz tərəfdarları qarşısında çıxış edərkən belə
deyib: "Milli iradə olaraq nümayiş etdirdiyiniz 10 avqust mövqeyi
heç vaxt unudulmayacaq. Siz bir çox oyunları pozdunuz. Bu oyunları
pozmaqla bir şeyi sübut etdiniz ki, milli iradə hər şeydən
üstündür. Milli iradəni oğurlamaq istəyənlərə cavab verdiz. Artıq
sadəcə milli deyil, beynəlxalq əsasda da yola çıxıb seçilmiş
prezidentlə seçilmiş hökumət əl-ələ verərək, ölkəmizi müasir
mədəniyyətlər səviyyəsinə çıxaracağıq!"
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi