Cənubda gərgin döyüşlər: Rusların 2 desant kateri vuruldu
Bizi izləyin

Dünya

Cənubda gərgin döyüşlər: Rusların 2 desant kateri vuruldu

İyunun 1-də Ukrayna ordusu ölkənin cənubunda düşmənə ciddi zərbələr endiriblər.

Publika.az">Publika.az-ın məlumatına görə, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Operativ Komandanlığı məlumat yayıb.

Məlumata görə, qızğın döyüşlər nəticəsində rusların 21 hərbçisini və iki desant katerini məhv ediblər.

Bundan başqa Rusiya ordusuna aid 3 səhra sursat anbarı, 1 zenit və 1 özüyeriyən artilleriya qurğusu, 1 T-72 tankı, 4 ədəd zirehli texnika və 3 ədəd PUA məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm