Fransa kilsədə təcavüzə məruz qalanlara təzminat ödəyəcək
Bizi izləyin

Dünya

Fransa kilsədə təcavüzə məruz qalanlara təzminat ödəyəcək

Fransadakı Milli Kompensasiya Təşkilatı adıçəkilən ölkədə kilsələrdə cinsi zorakılıqlara məruz qalmış şəxslərə kompensasiya ödəyəcək.

Publika.az xəbər verir ki, ilkin məlumatlara görə kompensasiyanın məbləği 60 min avro olacaq.

Bildirilir ki, indiyədək kilsə zorakılığına görə 735 nəfər maddi və ya mənəvi zərərin ödənilməsi məqsədilə quruma müraciət edib.

Qurumun hesabatına görə, 1950-ci ildən bəri Fransada 330 min uşaq kilsələrdə cinsi istismara məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm