Dünya
İran ABŞ-a cavab verəcək (FOTO)
İran İslam Respublikasının birinci vitse-prezidenti
Esxak Çahangiri İranın ABŞ-ın sanksiyalarına analoji cavab vermək
hüququnu öz üzərində saxladığını bildirib.
Publika.az-ın məlumatına görə, bu haqda İRNA agentlıyi xəbər
verib.
Məmur avqustun 29-da Vaşinqtonun yeni sanksiyalarını ittiham edərək
bildirib ki, bunlar Tehran və dünya dövlətləri arasında noyabrda
bağlanmış Genevrə razılaşmasına ziddir.
Onun sözlərinə görə, bu addım İranın nüvə probleminin həlli prosesi
ilə eyni vaxda aparılır, ancaq o təsdiq edib ki, Tehran "altılıqla"
danışıqları (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya)
davam edəcək.
Daha əvvəl məlum olub ki, ABŞ hakimiyyəti 25 insana və təşkilata,
həmçinin nəqliyyat firmaları, aviaşirkətlər və İran nüvə proqramına
yardım etmədə şübhələnilən altı banka yeni sanksiyalar qoyub.
Vaşinqton bildirib ki, yeni sanksiya siyahısına düşənlər İran
barəsində qüvvədə olan məhdudiyyətləri pozub.
Bir sıra İran müəssisələrinə qarşı ABŞ-ın yeni məhdudlaşdırıcı
ölçülərin tətbiqini şərh edərkən İran prezidenti Həsən Ruhani
bildirib ki, onun administrasiyası
yeni sanksiyaların nəticələrinin öhdəsindən gəlməsi yolunda
dəqiqələr itirmək niyyətində deyil.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb